Azərbaycan Turizm İnstitutunun əməkdaşı akademik mübadilə proqramının iştirakçısı olub
Azərbaycan Turizm İnstitutunun Beynəlxalq Əlaqələr və Layihələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində (Ueyls, Böyük Britaniya Birləşmiş Krallığı) hər il keçirilməsi planlaşdırılan akademik mübadilə proqramının iştirakçısı olub. SİA-nın xəbərinə görə, Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi proqramının şərtlərinə əsasən akademik mübadiləni təşkil etmək hüququ qazanan müəyyən universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs, təcrübə keçməklə bərabər tədqiqat aparmaq şansı qazanır.
ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində təşkil olunan akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramı çərçivəsində qonağı olduğu ali təhsil ocağının tədris və təhsil sistemini öyrənib, universitetlərarası əməkdaşlığın mümkün yollarının müzakirəsində təkliflə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB