Daha 21 nəfər buzda yıxılaraq travma aldı

Daha 21 nəfər buzda yıxılaraq travma aldı

Bazar günü ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1585 müraciət daxil olub və onlardan 171-i xəstəxanalara yerləşdirilib. Stansiyasının baş həkimi Mürsəl Həmidov SİA-ya açıqlamasında bildirib ki, ötən gün 58 nəfər müxtəlif dərəcəli travma alıb. Onun sözlərinə görə, xəsarət alanların 43-ü xəstəxanaya çatdırılıb. 21 nəfər buzda sürüşərək müxtəlif dərəcəli travma aldığını deyən M.Həmidov qeyd edib ki, onların 20-si xəstəxanaya çatdırılıb.

Stansiyanın baş həkimi qeyd edib ki, ümumiyyətlə, qarların yağmağa başladı yanvarın 28-dən fevralın 12-dək Bakıda yolların buzlu olması ilə əlaqədar 435 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə