TQDK magistraturaya qəbulla bağlı ödəmə kartlarının çatışmazlığı məsələsinə aydınlıq gətirdi
Təbələ Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbulla bağlı ödəmə kartlarının çatışmazlığı məsələsinə aydınlıq gətirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında deyib ki, bakalavrların ərizə qəbulu prosesini asanlaşdırmaq üçün yeni metodlardan istifadə olunub. O bildirib ki, abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə bilərlər: "Elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını http://system.goldenpay.az/tqdk/index.jsp internet ünvanından plastik kartdan istifadə etməklə eldə etmək olar. Ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur".
Qeyd edək ki, bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Bakalavrın elektron ərizəsi" formasını təsdiq etdirir. Bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını fevralın 8-dən 16-dək olan müddətdə doldurur və ərizələrini fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirirlər. Onlar ərizələrini təsdiq etdirmək üçün müvafiq SQK-ya tələb edilən sənədlərin əsillərini şəxsən təqdim edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB