ADA magistratura proqramına sənəd veən və iş axtaranlar üçün seminar keçirəcək

ADA magistratura proqramına sənəd veən və iş axtaranlar üçün seminar keçirəcək

Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistratura proqramına sənəd vermək istəyənlər və iş axtaranlar üçün "Uğurlu Müsahibə"("Successful İnterview") mövzusunda seminar keçiriləcək.

ADA-nın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistratura proqramına sənəd vermək istəyənlər və iş axtaranlar üçün "Uğurlu Müsahibə" (Successful İnterview) mövzusunda seminar keçiriləcək.

Seminar ABŞ-ın Dyuk Universitetinin eksperti cənab Daniel Nagy tərəfindən 2012-ci il 17 fevral saat 15:00-da ADA-da baş tutacaq. Tədbir ingilis dilindədir.

İştirak etmək istəyənlər "[email protected]" və yaxud 437 08 30 telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə