Buraxılış imtahanları növbəti dəfə təxirə salındı

Buraxılış imtahanları növbəti dəfə təxirə salındı

Fevralın 11 və 12-də keçirilməsi nəzərdə tutulan imtahanlar hava şəraiti ilə bağlı növbəti dəfə təxirə salınıb.Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bir sıra rayonlarında bu həftə keçirilməsi nəzərdə tutulan IX və XI siniflər üzrə mərkəzləşdirilmiş yoxlama imtahanları yenidən baş tutmadı.

Ötən həftə təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən 4-5 fevral tarixlərində Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş yoxlama imtahanları təxirə salınıb. Bu imtahanların fevralın 11 və 12-də keçirilməsi nəzərdə tutulub. Amma hava şəraiti imtahanların bu həftə fə baş tutmasına imkan vermədi.

Bütün xəbərlər Facebook səhifəmizdə