Ötən sutka ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1331 müraciət daxil olub. Stansiyasının baş həkimi Mürsəl Həmidov SİA-ya açıqlamasında bildirib ki, müraciət edənlərin 144-ü xəstəxanaya yerləşdirilib. Onun sözərinə görə, dünan saat 09:00-dan bu gün saat 09:00-dək paytaxtda yolların buzlu olması ilə əlaqədar 37 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb ki, onların da 29-u xəstəxanalara yerləşdirilib.
"Dünən 73 nəfər müxtəlif dərəcəli travma alıb. Onlardan 44-ü xəstəxanalara yerləşdirilib. Son bir sutkada Bakıda 16 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. Həmin şəxslərin 6-ı xəstəxanalara yerləşdirilib. Son sutka ərzində baş verən 2 avtoqəza nəticəsində zərər çəkən 2 nəfər xəstəxanalara yerləşdirilib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB