ADA-da magistratura proqramı ilə maraqlanan məzunlarla görüş keçiriləcək

ADA-da magistratura proqramı ilə maraqlanan məzunlarla görüş keçiriləcək

Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistratura proqramı ilə maraqlananlar-məzunlarla görüş keçiriləcək. SİA-nın xəbərinə görə, ADA-nın ilk məzunları magistratura proqramı ilə maraqlananlara ADA-da tələbə həyatı haqqında ətraflı məlumat verməklə yanaşı, uğurlu təhsil və karyera əldə etmək üçün öz tövsiyyələrini verəcəklər. Görüşdə Prezident Administrasiyasında baş mütəxəssis Sona Məmmədova, ADA-da aparıcı mütəxəssis Rza Əliyev, ATƏT-in Hüquq Departamentinin əməkdaşı Aygün Hüseynli və ADA-da layihə koordinatoru Əhməd Hümbətov iştirak edəcəklər.

Tədbir fevralın 14-ü saat 15:00-da keçiriləcək. İştirak etmək istəyənlər [email protected] və yaxud 437 08 30 telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə