Bərdədə orta məktəblərdə açıq dərs və açıq qapı günləri keçirilib
Bərdədə şəhər 8 saylı orta məktəbdə açıq dərs və açıq qapı günü keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, müəllimlərin yeni metodika ilə keçdiyi tədris prosessini valideynlər və təhsil işçiləri izləyib.
Bərdədə şəhər və kənd məktəblərinin iştirak etdiyi açıq dərslərdə müəllimlərin peşəkarlıq səviyyəsi üzə çıxır, şagirdlərin isə dərslərdə fəallığı artır.
Dərs zamanı müəllim şagirdlərin mövzunu necə qavramasını yoxlamaq məqsədilə onlara konkret misallar verib və nəticələri qiymətləndirib. Şagirdlər isə verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıblar.
Təhsil işciləri bildirib ki, bu cür dərslər şagirdlər tərəfindən daha maraqla qarşılanır və mənimsilənir.
Qeyd edək ki, yeni tədris proqramı dərslərin keyfiyyətini daha da artırdığından bu cür dərslər davam etdiriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB