Orta məktəblərdə dərslər dayandırılmasa da nazirlik bəzi tövsiyələr edib
Ölkədə havaların kəskin şəkildə pisləşməsi ilə əlaqədar orta məktəblərdə dərslər dayandırılmayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə SİA-ya açıqlamasında bildiirb ki, dərslərin dayandırılması barədə nazir Misir Mərdanov hələ ki əmr imzalamayıb. Nazirlik rəsmisi məktəblilərə bəzi tövsiyyələr də verib. Belə ki, o, orta məktəblərə uzaq məsafədən gələn məktəblilərə hava şəraiti ilə əlaqədar dərsə getməməyi tövsiyə edib. Bundan əlavə, nazirlik istilik sistemi ilə təchiz olunmayan bəzi orta ümumtəhsil məktəblərində dərslərin dayandırılmasını uyğun hesab edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB