Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər. SİA-nın xəbərinə görə, elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər.
SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB