Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin təhlili əlavə tədbirlərin həyata keçirilməsini zəruri edib
2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant olan yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin təhlili bu sahədə digər əlavə tədbirlərin həyata keçirilməsini zəruri edib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu istiqmaətdə müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı və Təlim Mərkəzi" yaradılmalıdır. Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə dair təkliflər hazırlanıb nazirliyə təqdim edilməlidir.
Tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının hazırlanması üçün ali təhsilin Maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə dair təkliflər hazırlanmalıdır. Orta ixtisas təhsili bazasında az tələbat olan ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri olub-olmamasının təhlilini aparıb təkliflər hazırlanmalıdır. "Müəllimlərin işə qəbulu üzrə Qaydalar" qeydiyyatdan keçirilmək üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Müəllimlərin işə qəbulunun elektron proqram təminatı təkmilləşdirilməli və ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməlidir. Müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi"nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulmalıdır. Proqram təminatına daha iki modul - "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə modulu" əlavə edilməlidir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB