Azərbaycanın orta məktəblərində dərslərin dayandırılma müddəti uzadılacaqmı?

Azərbaycanın orta məktəblərində dərslərin dayandırılma müddəti uzadılacaqmı?

Azərbaycanın örta məktəblərində dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər. SİA-nın xəbərinə görə, bunu nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib.

Nazirliyin rəsmisi bildirib ki, bu müddətin uzadılması Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskinləşməsi ilə əlaqədar ola bilər: \"Qarlı və şaxtalı hava şəraiti gələn həftə də davam etsə, dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər. Bu barədə qərar havanın necə keçməyindən asılı olaraq verilə bilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə