Kəskin hava şəraiti ilə əlaqədar orta ümumtəhsil məktəblərdə dərslər həftə sonuna kimi təxirə salınsa da Bərdədə orta məktəblərdə dərslər davam edir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, buna səbəb rayonda hava şəraitinin normal keçməsi və məktəblərdə istilik sistemlərinin yaxşı vəziyyətdə olmasıdır.
Məktəblərdə ən müasir şəkildə istilik sistemləri qurulduğundan sinif otaqlarına normal istilik verilir. Məktəblərdə sinif otaqları isti olduğundan şagirdlər adi günlərdə kimi məktəbə üz tutub.
Şəhər 8 saylı məktəbdə isə nümunəvi açıq qapı, açıq dərs keçirilməsi üçün hazırlıq işləri görülür. Bu məqsədlə də şagirdlər məktəbə davamlı şəkildə gəlir.
Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, hava şəraiti ilə əlaqədar ölkənin bütün orta ümumtəhsil müəssisələrində fevralın 2-dən 5-dək tədris müvəqqəti olaraq dayandırılıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB