Yolların buz bağlaması nəticəsində sürüşən 30 nəfər xəstəxanalara yerləşdirilib
Ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1500 müraciət daxil olub və onlardan 136-ı xəstəxanaya yerləşdirilib. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. O bildirib ki, keçən gün ümumilikdə yol nəqliyyat və məişət hadisələri də daxil olmaqla 74 nəfər zədə alıb. Onun sözlərinə görə, zədə alanların 49-u xəstəxanaya çatdırılıb.
"Bundan əlavə, yolların buz bağlaması nəticəsində 46 nəfər sürüşərək müxtəlif dərəcəli zədə və bədən xəsarətləri alıb. Onların da 30-u müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Dünən həmçinin, paytaxtda şaxtalı hava şəraiti ilə bağlı 3 nəfəri don vurub. Xətai və Sabuncu rayonları ərazində baş verən hadisə nəticəsində don vuran şəxslər xəstəxanaya yerləşdirilib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB