Yapon alimləri immun hüceyrələrinin beyinə təsiri mexanizmini aydınlaşdırıblar

Yapon alimləri immun hüceyrələrinin beyinə təsiri mexanizmini aydınlaşdırıblar

Yapon alimlərindən ibarət tədqiqatçı qrup ilk dəfə olaraq qanda olan immun hüceyrələrinin beyinə və onurğa beyninə keçərək iltihab yaratması mexanizmini aydınlaşdırıblar.

İmmun hüceyrələri insan bədənində hərəkət edərək xəstəlik törədən mikroorqanizmləri məhv edirlər. Həmin hüceyrələr, eyni zamanda, mərkəzi əsəb sisteminə, o cümlədən beyinə və onurğa beyninə düşərək alçqeymer, parkinson və digər degenerativ xəstəliklərin yaranmasına səbəb ola bilirlər.

Bu istiqamətdə tədqiqatları Osaka Universitetinin dosenti Masaaki Murakaminin rəhbərlik etdiyi elmi qrup aparıb. Məlum olub ki, əsəb periferiyasına, məsələn, ayaqlardakı əsəblərə toxunduqda beyinə və onurğa beyninə gedən qan damarlarında immun hüceyrələrinin hərəkətinə yol açan deşiklər əmələ gəlir.


Vüqar Ağayev

AzərTAc-ın xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə