IX siniflərin sınaq imtahanlarının nəticələri açıqlandı

IX siniflərin sınaq imtahanlarının nəticələri açıqlandı

Yanvarın 29-da Bakı şəhər orta məktəblərinin IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə verdiyi yoxlama imtahanlarının nəticələri açıqlanıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən SİA-ya verilən xəbərə görə, nəticələr nazirliyin exam.gov.az saytında yerləşdirilib.

Qeyd edək ki, yanvarın 28-də keçirilən XI sinif şagirdlərinın sınaq mərkəzləşmiş imtahanlarının nəticələri yanvarın 31-də açıqlanıb. 2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayıb. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq

Bütün xəbərlər Facebook səhifəmizdə