Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə xəbərdarlıq etdi
Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə müraciət edib. Bakı şəhəri Təcili və Təxurəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov SİA-ya deyib ki, əhalidən xahiş olunur hava şəraiti ilə əlaqədar zərurət olmadığı təqdirdə küçəyə çıxmasın və avtomobillərdən istifadə etməsin.
Əhalini təcili yardımı əsassız yerə çağırmamağa səsləyən baş həkim qeyd edib ki, son sutka ərzində stansiyaya 1469 çağırış olub, 169 nəfər xəstəxanalara çatdırılıb: "Son bir gün ərzində təcili yardıma edilən müraciətlərdən 85-i travmalarla bağlıdır. Onlardan 40 nəfəri sürüşüb yıxılaraq travma alıb. Həmin şəxslərdən 28 nəfəri xəstəxanaya çatdırılıb. Edilən müraciətlərdən 18-i doğuşlarla bağlı olub. 17 nəfər qazdan zəhərlənib. Onlardan 12-si xəstəxanaya çatdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB