4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür

4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Hər il 4 fevral bütün dünyada Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. SİA-nın verdiyi məlumata görə, hər il fərqli mövzulara və problemlərə toxunan Günün 2012-ci il üçün mövzusu "Birlikdə bu mümkündür" seçilib.

Bu mövzunun seçilməsində əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökumətlərin birgə fəaliyyəti vasitəsilə 2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində baş verən vaxtından əvvəl ölüm hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir.

Dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə