Britaniya həkimlərinin fikrincə, arterial təzyiqi hər iki qolda ölçmək lazımdır. Sağ və sol qol arasında təzyiq fərqi ürək-damar xəstəlikləri riskinin artmasının göstəricisi ola bilər.
Ekzeter Universitetinin nümayəndələri mövzu ilə bağlı 28 tədqiqatın nəticələrini təhlil edərək belə qənaətə gəlmişlər ki, sağ və sol qol arasında civə sütunu ilə 10 millimetr qədər əhəmiyyətsiz fərq xəstədə əlamətləri gözə çarpmayan periferik qan damarları xəstəliklərinin yaranması riskinin göstəricisi ola bilər. Civə sütunu ilə 15 millimetr fərq isə ürək-damar xəstəliklərindən vaxtsız ölüm riskini 70 faiz, digər xəstəliklərdən ölüm riskini isə 60 faiz artırır.
Həkimlər bildirmişlər ki, ürək-damar xəstəliklərinin gedişatı başlanğıc stadiyalarda əlamətsiz olur. Ona görə də müntəzəm tibbi müayinə zamanı təzyiqin hər iki qolda ölçülməsi bu xəstəlikləri aşkar etməyin bəlkə də yeganə üsuludur. Belə bir qabaqlayıcı tədbir, xüsusilə, siqareti atdığı, habelə təzyiqi və qanda xolesterinin səviyyəsini tənzimləyən dərmanları qəbul etdiyi təqdirdə xəstəyə uzun və xoşbəxt ömür sürmək şansı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB