Zəminə Əliqızı: \"Havaların pisləşməsi dərslərin təxirə salınmasına şərait yaratmayacaq”

Zəminə Əliqızı: \"Havaların pisləşməsi dərslərin təxirə salınmasına şərait yaratmayacaq”

"Bu günlərdə Azərbaycanda hava şəraitinin pisləşməsi kütləvi informasiya vasitələrində təhsil müəssisələrində dərslərin dayandırılması və ya davam etdirilməsi məsələsi gündəmə gəlib. Ümid edirik ki, havaların pisləşməsi dərslərin təxirə salınmasına şərait yaratmayacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, bununla bağlı idarə Bakının təhsil müəssisələri ilə əlaqə yaratmalıdır.

"Demək olmaz ki, bütün təhsil müəssisələrində davamiyyət 100 fazidir. Amma heç bir müəssisəsinin rəhbəri, hətta şagirdlər dərslərin təxirə salınmasını arzulamırlar. Bizə bu formada müraciət daxil olmayıb. Ümid edirik ki, havaların bu cür dəyişməsi və növbəti günlərdə hava şəritinin necə olmasından asılı olmayaraq, belə müraciət olmayacaq. Çünki Bakının bütün ümumtəhsil məktəblərində istilik sistemi ilə bağlı problem yoxdur. Elektrik enerjisi, qaz verilən bütün məktəblərdə istilik sistemləri normal işləyir. Bu baxımdan da təhsil müəssisələrindən müraciət daxil olmayıb. Ona görə də dərs prosesi davam edəcək. Əgər havalar kəskin şəkildə dəyişərsə və bununla bağlı müraciət edilərsə, məsələyə yenidən baxıla bilər".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə