Fevral ayından etibarən Bakının orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı aylığı keçiriləcək
"Fevralın 1-dən etibarən Bakının orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı aylığı keçiriləcək". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. O, bildirib ki, yanvar ayında məktələrdə ilk dəfə olaraq Riyaziyyat aylığı keçilib. Fənn aylığının keçirilməsinin məqsədi fənnin tədrisi vəziyyətini yüksəltmək, eyni zamanda ən yaxşı müəllimləri aşkarlamaq, qabaqçıl müəllimlərin təcrübələrini öyrənmək və yaymaqdır. Aylığın keçirildiyi müddətdə məktəblərarası qarşılıqlı dərs dinləmələri, təcrübə mübadiləsi işində ümumtəhsil məktəblərinə lazımi kömək göstərilib, eyni zamanda seminarlar, açıq dərslər təşkil olunub.
Bu gün keçirilən "Riyaziyyat elmlərin şahıdır" adlı konfransda aylığa yekun vurulmaqla yanaşı, məktəb rəhbərləri 7 nominasiya üzrə mükafatlandırılıb.
Qeyd edək ki, gələcək aylarda fənn aylıqlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB