Zəminə Əliqızı: “Bakının orta məktəblərində elektron kartlar tətbiq ediləcək”
"Bakının orta məktəblərində elektron kartlar tətbiq ediləcək". Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. SİA-nın verdiyi xəbərə görə, o bildirib ki, kartlar "Elektron məktəb" layihəsinin tərkib hissələrindən biridir. Kartlar vasitəsilə valideyn övladının məktəbə daxil olma və çıxma vaxtı barədə məlumat əldə edəcək. Bu məlumat uşaq məktəbə daxil olan və çıxan anından valideynə ismarıc vasitəsilə göndəriləcək.
Zəminə Əliqızının sözlərinə görə, kartların nə vaxtdan tətbiq ediləcəyi hələ məlum deyil. Bu məsələ "Elektron məktəb" layihəsi çərçivəsində növbəti mərhələlərdə görülən işlərdən biridir.
Sektor müdiri həmçinin bildirib ki, gələcəkdə elektron kartlar vasitəsilə məktəb ərazisinə daxil olan şagirdin bədən temperaturu barədə də valideynə məlumatın ötürülməsi planlaşdırılır.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud olan şəxslərin də gələcəkdə distant təhsil vasitəsilə birbaşa siniflə əlaqə yaratma imkanının yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Z. Əliqızı hazırda Bakının 10-a yaxın məktəbində \"elektron məktəb\"in yaradıldığını da xatırladıb.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB