HİV/AİDS epidemiyası ilə bağlı ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlərə həsr olunmuş konfrans keçirilib

HİV/AİDS epidemiyası ilə bağlı ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlərə həsr olunmuş konfrans keçirilib

"Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanların genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirilməsi" layihəsi çərçivəsində ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlərə həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Təhsil Nazirliyinin, UNİCEF və digər müvafiq qurumların nümayəndələri çıxış edib.

Keçirilən konfransda bildirilib ki, layihə üzrə işçi qrupu yaradılıb, Təhsil və Səhiyyə nazirlikləri arasında imzalanmış müvafiq saziş əsasında Həyatı Bacarıqlara Əsaslanan Təhsil (HBƏT) üzrə Milli Konsepsiya işlənıb hazırlanıb. Qeyd edək ki, işçi qrupu HBƏT-in tətbiqinə pilot məktəblərdən başlayıb, sonra bu iş ölkənin orta məktəblərini əhatə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə