274№-li məktəb: “Məktəbli forması ilə bağlı heç bir problem yoxdur”

274№-li məktəb: “Məktəbli forması ilə bağlı heç bir problem yoxdur”

Son zamanlar bəzi kütləvi informasiya vasitələrində təhsilimizlə bağlı yanlış informasiyalar dərc edilir. Bu sahədə baş verən kiçik çatışmazlıqlar belə böyük problem kimi cəmiyyətə çatdırılır. Bununla da təhsil işçilərinin və ümumiyyətlə, təhsilimizin nüfuzuna ləkə gətirilir. SİA-nın verdiyi məlumata görə, bu "faktlar"dan biri də məktəbli forması ilə bağlıdır.

Məlum olduğu kimi dərs ilinin əvvəlində bütün məktəblilərin məktəbli forması ilə təmin olunması məqsədilə yarmarkalar təşkil olunmuşdu. Təbii ki, formaların satışında neqativ hallara da yol verilirdi. İlk dəfə təşkil olunmuş yarmarkalarda çalışan əməkdaşların təcrübəsizliyi də öz sözünü deyirdi. Amma bu faktı az qala köklü problem kimi qələmə verməyə çalışan bəzi qəzetlər hətta bundan istifadə edib ucuz şöhrət qazanmaq istəyirdilər.

Qəzetlərdən biri yazıb ki, guya Qaradag rayonu 274№-li məktəbdə məktəbli forması ilə bağlı müəyyən problemlər var. Və bununla da həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılıb. 274 №-li məktəbin rəhbərliyi bildirib ki,məktəbli forması ilə bağli Təhsil Nazirliyinin müvafiq tqapşirığı ilə ümumtəhsil məktəblərində şagirdlərdən vahid məktəbli formasına keçidi təmin olunub. Çox təəsüf ki, məqalədə göstərilən faktlar həqiqətə uyğun deyil, bəzi adamların mənafeyinə xidmət edir. Yazılanların hamısı yanlş və uydurmadır.


Bütün xəbərlər Facebook səhifəmizdə