Gəncədə 20 müəllim saxta diplomla işlədiyi üçün fəaliyyətitnə xitam verilib
Gəncə şəhərində saxta diplomla işləyən 20 pedaqoqun işinə xitam verilib. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev məlumat verib.
Onun sözlərinə görə Təhsil Nazirliyinin apardığı yoxlamalardan sonra bu qərara gəlinib. Monitorinqlərin nəticələri göstərib ki, saxta diplomlar bütün ixtisaslarda çalışan pedaqoqlarda qeydə alınıb. Rəsmii statistikaya əsasən Gəncənin 44 orta təhsil müəssisəsində 4500-dək müəllim çalışır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB