Paytaxt məktəbliləri öz biliyini necə yoxlayacaq?

Paytaxt məktəbliləri öz biliyini necə yoxlayacaq?

Yanvarın 28-də Bakı şəhərinin XI sinif, yanvarın 29-da IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş sınaq buraxılış imtahanı keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı SİA-ya açıqlamasında bildirib ki, ilk imtahanda 22 minə yaxın XI sinif şagirdi 8 fənn üzrə imtahan verəcək. Onun sözlərinə görə, bazar günü təşkil olunacaq imtahanda isə 30 min IX sinif şagirdi Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat fənnindən öz biliyini yoxlayacaq. Yoxlama imtahanlarının keçirilməsi üçün Bakının bütün rayonunda mərkəzlərin müəyyənləşdirildiyini deyən Z.Əliqızı qeyd edib ki, imtahanlar paytaxt üzrə 72 mərkəzdə aparılacaq.

"İlk olaraq bu imtahanlara Bakıdan başlanılacaq, daha sonra sınaq imtahanları bölgələrdə təşkil ediləcək. Bu imtahanların nəticələri şagirdlərin attestat qiymətlərinə təsir göstərəcək. Mərkəzləşdirilmiş buraxılış imtahanları iyun ayında keçiriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə