Bu həftədən buraxılış siniflərinin məzunları sınaqdan keçəcəklər
Bu həftənin sonlarından etibarən 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarına start veriləcək. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva SİA-ya açıqlamasında bildirib ki, imtahanlar 9 bölgə üzrə təşkil olunacaq. Onun sözlərinə görə, yoxlama imtahanları yanvarın 28-dən aprelin 15-dək, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları fevralın 25-də aparılacaq.
Buraxılış imtahanlarına buraxılış siniflərində təhsil alan bütün şagirdlərin iştirak edəcəyini deyən şöbə müdiri vurğulayıb ki, imtahanların nəticələri bir neçə gündən sonra açıqlanacaq və bunlar Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.
T.Hacıyeva bu vaxta kimi fevral ayında keçirilən yoxlama imtahanların bu ildən yanvarın sonundan keçiriləcəyinə münasibət bildirərkən deyib ki, bu, şagirdlərin buraxılış imtahanına hazırlığı üçün daha çox vaxt ayrılması məqsədilə edilib.
Qeyd edək ki, ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları iyunun 2-dən iyunun 23-dək, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları aprelin 24-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB