Saxta diplomlu müəllim yenidən işə qaytarıla bilərmi?

Saxta diplomlu müəllim yenidən işə qaytarıla bilərmi?

Füzuli rayonunda 1 nəfər müəllimin saxta diplomla işlədiyi aşkar olunub. Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova SİA-ya açıqlamasında bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır. Həmin müəllimin sənədində hansısa səhvliyin olduğunu deyən təhsil şöbəsinin müdiri qeyd edib ki, bu məsələ institutla araşdırılır. Universitetdən köçürülmədə dolaşıqlığın olduğunu deyən A.Həşimova vurğulayıb ki, araşdırmalardan sonra yekun nəticələr məlum olacaq: "Hazırda müəllimi müvəqqəti olaraq işdən azad etmişik. Əgər mümkün olsa araşdırmalardan sonra yenidən işə qayıtması məsələsinə baxıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə