Səməd Seyidov Azərbaycanın Litvaya yeni təyin edilən səfiri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Azərbaycan Respublikasının Litva Respublikasına yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə regional, həmçinin beynəlxalq mövzuda fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycanla Litva arasında münasibətlərdən danışılıb, bu münasibətlərin möhkəmlənməsinə əminlik ifadə edilib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Rektor S. Seyidov yeni təyin edilən səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB