Xərçəng xəstəliyinə tutulan uşaqların Beynəlxalq günü Azərbaycanda da qeyd olunacaq
15 fevral bütün dünyada xərçəng xəstəliyinə tutulan uşaqların Beyəlxalq günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, bu günün qeyd edilməsində məqsəd həkim-pediatların, bütövlükdə tibb cəmiyyətində məlumatlılığının artırılması, uşaq ankologiyası sahəsində vaxtında diaqnostika və müalicəsi sahəsində mövcud problemin həllidir. Bu günün geniş şəkildə qeyd edilməsi minlərlə uşaqlara şans verəcək. Xərçəng bu günün təhlükəli, ağır və bu günün ən problemli xəstəliklərindən biridir. Bu gün xəstələrin 80%-i müasir müalicələr sayəsində sağ qalır. Bundan əlavə, 20% xəstə hər il dərman çatızmazlığı, qan donorlarının olmaması səbəbindən həyatını itirir.
Bu tarix Azərbaycanda da qeyd olunacaq. Leykemiya ilə mübarizə İctimai Birliyi tərəfindən bu günl bağlı xeyriyyə tədbiri keçiriləcək. Bu barədə SİA-ya birliyin sədri Mehriban Bağırova məlumat veirb. O bildirib ki, tədbirdə tanınmış estrada ulduzları, qan xərçənginə tutulmuş xəstələr iştirak edəcək. Xeyriyyə konsertindən əldə olunacaq pullar leykemiyalı xəstələrin müalicəsinə lazım olan bahalı dərmanların alınmasına xərclənəcək. Konsert fevralın 12-si saat 13:00-da aktyorlar evində təşkil olunacaq. Bunun vasitəsilə bizlərdən kömək gözləyən uşaqlara yardım edə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB