Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində yaradılan yeni ali məktəbə bu il tələbə qəbulu elan olunacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə verdiyi açıqlamada bildirib ki, şirkətin nəzdində fəaliyyət göstərəcək məktəbdə yüksək səviyyəli kadrlar yetişdiriləcək: \"Məktəbin dünya standartlarına cavab verməsi məqsədilə zəruri tədbirlər görülür. Hazırda şirkətin mütəxəssislər Britaniyanın Aberdin Neft Universitetindədirlər. Məktəbdə beynəlxalq təcrübədən istfadə olunacaq. Ali məktəbə qəbul TQDK tərəfindən aparılacaq və bu il 100 yaxın tələbənin qəbul edilməsi nəzərdə tutulub".
R. Abdullayev Neft Məktəbi üçün Bibiheybətdə binanın inşa olunacağını da bildirib. O qeyd edib ki, bu ilin sonunadək ARDNŞ magistraturaya da qəbul elan etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB