Abel Məhərrəmov Hacettepe Universitetinin professoru ilə görüşüb

Abel Məhərrəmov Hacettepe Universitetinin professoru ilə görüşüb

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Hacettepe Universitetinin Polimer Kimya kafedrasının professoru Olgun Güven ilə görüşüb. SİA-nın xəbərinə görə, tanınmış alimin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən Olgun Guven təmsil etdiyi universitetin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Kimyaçılar Cəmiyyətinin, Tətbiqi Kimya uzər Beynəlxalq Mərkəzin (İngiltərə), Amerika Kimyaçılar Cəmiyyətinin və Türkiyə Elmlər Akademiyasının üzvü olan Olgun Guven Kimya fakültəsində "İonlaşdırıcı radiasiya: nanomaterialların alınmasında universal vasitələr, metal nanoklaster, nanogellər, iondaşıyıcı membranlar" adlı mühazirə oxuyacaq, BDU-nun işçi qrupu ilə müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə