Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırkı baş
direktoru Marqaret Çenin ikinci beşillik müddətə bu vəzifəyə seçilməsi məsələsinə baxılacaq. SİA-nın ÜST-ün saytına istinadən verdiyi xəbərə
görə, təşkilatın Rəyasət Heyətinin toplantısında
bu məsələ müzakirə olunacaq.
Toplantı yanvarın 16-23-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
ÜST səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin
edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan
BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Təşkilat 1946-cı ildə Nyu-Yorkda
keçirilən beynəlxalq səhiyyə konfransında yaradılıb və onun mənzil-qərargahı
Cenevrədə yerləşir. Quruma üzv dövlətlərin sayı 190-dır. Hazırda təşkilatın baş direktoru olan Marqaret Çen Çin vətəndaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB