BŞTİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva tərəfindən təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün qeyd edilməsi ilə bağlı əmr imzalanıb. SİA-nın xəbərinə görə, bu məqsədlə BŞTİ-nin xüsusi Tədbirlər Planı hazırlanıb. Plana əsasən, 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün qeyd edilməsi məqsədi ilə 9-19 yanvar tarixlərində təhsil müəssisələrində mühazirələr, bədii qiraət saatları təşkil ediləcək, məktəblərin internet şəbəkəsi və saytlarına 20 Yanvar faciəsini əks etdirən materiallar daxil ediləcək.
Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində "Azadlığımız uğrunda ..." adlı musiqili ədəbi - bədii kompozisiyanın keçirilməsi, 20 Yanvar faciəsinə həsr olunmuş foto-stendlər, guşələrin hazırlanması, rəsm sərgilərinin təşkili, faciəyə həsr edilmiş divar qəzetinin buraxılması, sənədli və bədii filmlərin nümayişi Tədbirlər Planında nəzərdə tutulan işlər arasındadır.Əmrə müvafiq olaraq, təhsil müəssisələrinin əməkdaşları və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil ediləcək, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasında 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgisi keçiriləcək.
Yanvarın 19-da isə ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər Qanlı Yanvar faciəsinə həsr ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB