Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 7297 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 7297 müraciət daxil olub

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) tarixindən ilin sonuna kimi 7297 müraciət daxil olub. SİA-nın xəbərinə görə, daxil olan müraciətlərin 3682-si (908-i əsaslı, 2774-ü isə əsassız) şikayət, 2049-u – sorğu xarakterli, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə