Bərdədə də saxta diplomlu müəllimlər yenidən işlərinə qaytarıla bilər - EKSKLÜZİV
Bərdə rayonunda aşkarlanan saxta diplomlu müəllimlər yenidən işə qaytarıla bilər. Bu barədə SİA-ya açıqlamasında Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova məlumat verib. O bildirib ki, saxta diplomları aşkarlanan müəllimlərin işləri hazırda Bərdə rayon Məhkəməsində müzakirə olunur. R.İsmayılovanın sözlərinə görə, saxta diplomla işdən çıxarılan müəllimlərdən 4-nün yenidən işə qayıda bilmək şansı var.
"Məsələ burasındadır ki, həmin müəllimlər işə düzgün diplomla daxil olub. Lakin sonradan həmin müəllimlər ixtisasartırmadan sonra məktəbdə fəaliyyətlərini saxta diplomla davam etdiriblər. Yekun nəticədə onların saxta diplomla işlədiyi aşkarlanıb. Hələlik işləri məhkəmə orqanlarında olan həmin müəllimlər yenidən işə qaytarıla bilər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB