Azərbaycan Turizm İnstitutunda Four Seasons otelinin baş meneceri ilə görüş-seminar keçirilib
Azərbaycan Turizm İnstitutunda ATİ Məzunlar Assosiasiyasının təşəbbüsü ilə Four Seasons otelinin baş meneceri Tarek Mourad və İnsan Resursları meneceri Sevda Abbasova ilə görüş-seminar təşkil olunub. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları salamladıqdan sonra ali təhsil ocağının məzun və tələbələrinin görüş-seminar təklifini qəbul etdikləri üçün kollektiv və şəxsən öz adından T.Mourad və Sevda Abbasovaya təşəkkürünü bildirib. T.Mourad ATİ-nin az bir zaman kəsiyində qazandığı uğurlar, strateji məqsədləri barədə ətraflı məlumat ala bildiklərindən, eləcə də səmimi qarşılandıqlarından məmnunluğunu gizlətməyib.
Qonaqlar institutun auditoriya və struktur bölmələrində tələbə və əməkdaşlarla da görüşmüşlər. ATİ-nin Kitabxana İnformasiya Mərkəzində təşkil olunmuş seminarın gedişində Four Seasons otelinin Baş meneceri Tarek Mourad Misir, Səudiyyə Ərəbistanı, Suriya və İstanbulda işlədiyi müddətdə qazandığı iş təcrübəsindən, fəaliyyət bioqrafiyasında Bakının da adının olmasından, bu şəhərdə çalışdığından qürürlandığını xüsusi vurğulayıb. Four Seasons otelində məhz ATİ-nin məzun və tələbələrinin də olacağına, təcrübə qazanacağına şübhə etmədiyini seminar iştirakçılarının nəzərinə çatdırın. Elə bu səbəbdən də ATİ kollektivi ilə görüşü uğurlu fürsət kimi dəyərləndirilib.
ATİ Məzunlar Assosiasiyasının təşəbbüsü ilə təşkil olunmuş görüş seminarın sonunda ATİ ilə Four Seasons oteli arasında bir sıra sahələrdə - oteldə çalışanların qonaq statusu ilə institut tələbələrinə mühazirə və məşğələ keçmələri, peşə təhsili, qısa müddətli kursların təşkili, Baş menecer Tarık Mouradın müvafiq fənnlərdən dərs deməsi barədə razılıq əldə edilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB