Magistraturaya sənəd qəbulunun tarixi açıqlanıb

Magistraturaya sənəd qəbulunun tarixi açıqlanıb

\"Magistraturaya sənəd qəbulunun fevralın əvvəlində keçirilməsi nəzərdə tutulur. Sənəd qəbulunun fevralın sonuna yaxın yekunlaşması planlaşdırılır". SİA-nın verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib. Fevralın sonunda isə magistraturaya qəbul imtahanlarının ilk mərhələsi keçiriləcək. Qeyd edək ki, imtahanın ikinci mərhələsi iyunun sonunda olacaq.

Həmçinin Namiq Babayev bildirib ki, ötən il olduğu kimi, bu il də magistrlar üçün 5000-dən çox plan yeri ayrılıb.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə