2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr" xüsusi buraxılışının 1-ci sayında 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını dərc edib. SİA-nın xəbərinə görə, buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri, açıq test tapşırığı nümunələri, xarici dillər üzrə qəbul imtahanı proqramları, informatika üzrə qəbul imtahanı proqramı əks olunub.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılır.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər. Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır. Açıq test tapşırığı nümunələri – Qaydalara əsasən, ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Bu tipli test tapşırıqlarının nümunələri də jurnalda təqdim olunub.
Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında təyin olunacaq vaxtda "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis-siyalarına aşağıdakı sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB