Bərdə rayonunda Vüqar Sadıqov adına Şirvanlı kənd orta məktəbinə yeni direktorun təyin olunması etirazlara səbəb olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu məqsədlə dərsə girməyən müəllim və şagirdlər etiraz əlaməti olaraq təhsil müəssisəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Məktəb müəllimlərinin sözlərinə görə, sabiq direktor Çimnaz Əkbərova heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova bildirib ki, Şirvanlı məktəbinin direktoru Çimnaz Əkbərova öz ərizəsinə əsasən vəzifəsindən çıxarılıb. "Orada bir qrup müəllim var ki, vaxtilə Çimnaz Əkbərovanı ora direktor təyin edəndə bu cür addım atmışdılar".
Təhsil şöbəsinin müdürü onu da bildirib ki, həmin şəxslər məktəbin işinə əngəl olmaqda davam edərsə, onlar haqqında hüquqi müstəvidə ölçü götürüləcək.
Qeyd edək ki , kənd orta məktəbində 70 müəllim, 17 texniki işçi və 300 nəfərdən çox şagird təhsil alır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB