Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi ilə bağlı treninqlər keçiriləcək

"Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"-nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar ölkə regionlarında yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin iclası keçirilib. SİA-nın xəbərinə görə, TQDK tərəfindən yaradılan Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi ilə bağlı Bakıda yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin iştirakı ilə iclas keçirilib. Həmçinin Azərbaycan Respublikasının regionlarında yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxsləri və TQDK-nın regional bölmələrinin nümayəndələri video əlaqə vasitəsilə iclasda iştirak ediblər.

İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin təşkili və keçirilməsi məsələsi müzakirə olunub və qrafik müəyyən edilib. Bakı şəhərində yerləşən orta ixtisas təhsili müəssisələri üçün treninqlər TQDK-nın binasında keçiriləcək. Məsul şəxslər və operatorlar əlavə treninq keçmək məqsədi ilə 17 yanvar saat 10-da və 14–də TQDK-nın binasına gələ bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə