Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Azərbaycan Dillər Universitetindı qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparıb. SİA-nın xəbərinə görə, monitorinqdə ADU-nun rektoru Səməd Seyidov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Şəbəkəyə daxil olan Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli iştirak edib.
Filologiya fakültəsində keçiilən "Dilçiliyə giriş", "Ədəbiyyatşünaslığa giriş" və "Dünya ədəbiyyatı-2" imtahanlarının monitorinqi zamanı çıxış edən ADU-nun rektoru Səməd Seyidov universitetdə keçirilən imtahanlar barəsində qonaqlara məlumat verib. İmtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini deyən rektor rəhbərlik etdiyi ali təhsil ocağının monitorinq aparılması üçün ictimai təşkilatlar üçün açıq olduğunu bildirib. ADU-da tələbələrin yüksək səviyyədə təhsilə yiyələnmələri üçün lazımi imkanların mövcudluğundan danışan S.Seyidov bu imkanlardan yararlanmağın vacib olduğunu vurğulayıb.
Fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ali təhsil ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirib. İmtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb: "Şəbəkənin apardığı monitorinqlər edilən şikayətlərdə haqlı tərəfin müəyyən edilməsində mühüm rol oynayır. Şikayətlərlə bağlı şəbəkəyə müəyyən müraciətlər olur".
Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şərait yaradıldığını bildiriblər.
Qeyd edək ki, ADU-da qış imtahan sessiyasına yanvarın 5-dən start verilib. Qış imtahan sessiyası 5 fakültənin əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır. Qiyabi şöbədə də sessiya müddəti isə 5 yanvar 2011-ci ildən 6 fevral 2012-ci ilədək müəyyən edilib. Sessiya ərzində veriləcək imtahanların ümumi sayı 750-dir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB