Məktəblilərin müxtəlif fənlər üzrə bilik yarışının şəhər mərhələsinin ikinci turu yanvarın 8-də təşkil olunacaq. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı SİA-ya bildirib ki, bu mərhələdə IX – XI sinif şagirdləri 7 fənn üzrə biliyini yoxlayacaq. Onun sözlərinə görə, bunlara Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya və informatika daxildir: "Bilik yarışının bu turunda 1044 şagirdin iştirakı gözlənilir. Onlardan 900 nəfəri BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil ocaqlarının, qalanı isə paytaxt şəhərdə yerləşən digər məktəblərin şagirdləridir".
Z.Əliqızı qeyd edib ki, olimpiadanın bu mərhələsində qalib gələn iştirakçıların siyahısı yanvarın 25–nə kimi müəyyənləşərək Təhsil Nazirliyinə təqdim ediləcək. Onun sözlərinə görə, qalib gələn şagirdlər olimpiadanın martda keçiriləcək respublika mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışın respublika mərhələsinin I yerinə layiq görülən XI sinif şagirdləri mərkəzləşdirilmiş test imtahanından azad olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB