Təhsil naziri 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb

Təhsil naziri 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb

Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb. SİA-nın xəbərinə görə, əmrdə qeyd olunur ki, 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin və bu plana müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

Əmrdə həmçinin bildirilir ki, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər barədə 26 yanvar 2012-ci il tarixinədək nazirliyə hesabat təqdim etsinlər, ictimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri \"Azərbaycan müəllimi\" qəzetində dərc etdirsin və tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirsin, ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. Əmrin icrasına nəzarət nazir müavini Qulu Novruzova həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə