TQDK-nın Təhsil Nazirliyinə cavabı...

TQDK-nın Təhsil Nazirliyinə cavabı...

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin Elmi Metodik Şurasının "Biologiya" bölməsinin TQDK-nın 2011-ci ildə dərc etdirdiyi "Biologiya: ümumi biologiya" adlı vəsaitin etibarsız elan edilməsi və satışının dayandırılması üçün komissiya sədrinə müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) isə Təhsil Nazirliyinin müraciətinə cavab verib. Komissiyanın mətbuat katibi Elnur NağızadəSİA-ya açıqlamasında vurğulayıb ki, bu vəsaitlər satışdan yığışdırılmayacaq, çünki onları çap etmək TQDK-nın hüququdur. Komissiyanın dövlət qurumu olduğunu deyən mətbuat katibi vurğulayıb ki. bu vəsaitlər qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə dərc edilib.

"Bu vəsaitlər dərsliyi əvəz etmək məqsədi daşımır. Hər bir gənc təhsil aldığı müddətdə ilk növbədə orta məktəb dərsliklərindən bilik əldə edir. Bu bilikləri qəbul imtahanları ərəfəsində sistemləşdirmək üçün demək olar ki, bütün fənlər üzrə vəsaitlər dərc edilir. "Biologiya" bölməsinin açıqlamasında bildirilir ki, guya Təhsil Nazirliyi 2011-ci ildə bu vəsaitə qrif verməyib, ona görə də, bu, dərs vəsaiti ola bilməz. Komissiyanın nəşri olan "Biologiya" vəsaitinin üzərində "dərs vəsaiti" yox, sadəcə "vəsait" yazılıb. Bu vəsaitlərin abituriyentlərə nə cür kömək göstərdiyini də araşdırmışıq. Son illər keçirilən bu sorğular göstərib ki, komissiya tərəfindən nəşr edilən bu vəsaitlər imtahana hazırlıq prosesində onların stolüstü kitabı olub", - deyə E.Nağızadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə