Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, əmrdə qeyd olunur ki, 2011-2012-ci dərs ilinin ikinci yarımilində rayon və şəhərlər üzrə seçilmiş pilot məktəblərin II siniflərində ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planlarına dair \"Qeydlər\"in 7-ci bəndində nəzərdə tutulan saat hesabına dərs cədvəlinə daxil edilməklə həftədə bir saat "Şahmat" fənni tədris edilsin.
Bundan əlavə, əmrdə göstərilir ki, "Şahmat" fənninin tədris proqramı, pilot məktəblərin və həmin fənn üzrə müəllimlərin siyahıları təsdiq edilsin, \"Şahmat\" fənnini tədris edəcək müəllimlər üçün zonalar üzrə cari ilin dekabr ayında 2 günlük təlim kursu təşkil edilsin, pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və ləvazimatlarla təminatı \"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı\" çərçivəsində həyata keçirilsin.
İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevevə tapşırılıb ki, təlim kurslarının təşkili və pilot məktəblərin şahmat siniflərinin avadanlıqlarla təmin edilməsi ilə bağlı xərclərin ödənilməsini \"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı\"nın maliyyə təminatı üzrə nəzərdə tutulan vəsait hesabına həyata keçirsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB