Son illərdə əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün güclü zəmin yaradıb. SİA-nın xəbərinə görə, son 10 illə müqayisədə, 2011-ci ildə doğum göstəricisinin əhalinin hər 1000 nəfərə 13,7-dən 19,3-ə qalxıb, ölüm halları isə həmin illərdə 6,2-dən 5,8-ə düşüb. Təbii artım 8,1-dən 13,5-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Ömür uzunluğu da 71,9 yaşdan 73,6 yaşadək artıb.
Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşıb. 2011-ci ildə stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB