2011-ci ilin sonunda kimi istismara verilməsi nəzərdə tutulan səhiyyə obyektlərinin sırasına bir neçəsi də əlavə olundu. SİA-nın xəbərinə görə, əsaslı təmir və yenidənqurma işlərindən sonra Xəzər rayonundakı 35 saylı Kardiorevmatoloji sanatoriya, Xətai rayonundakı 2 saylı Uşaq poliklinikası, Nizami rayonundakı 19 saylı Uşaq poliklinikası, Binəqədi rayonu 28 may qəsəbəsində həkim məntəqəsi, Qaraçuxur qəsəbəsində 15 saylı BŞX-nin poliklinikasının və Psixi sağlamlıq mərkəzinin açılışları olub.
Açılışları olan səhiyyə müəssisələrinin hər biri mövcud son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB