İmtahanlarda riyaziyyat fənnindən istifadə edilmiş test tapşırıqları müzakirə olunub

İmtahanlarda riyaziyyat fənnindən istifadə edilmiş test tapşırıqları müzakirə olunub

2011-ci ildə ali məktəblərə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında riyaziyyat fənnindən istifadə edilmiş test tapşırıqları (B variantı, 101-115 saylı) elmi-metodiki baxımdan müzakirə olunub. SİA-nın xəbərinə görə, test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, relevantlıq kateqoriyasına görə və məzmun baxımından təhlil edilib. Test tapşırıqlarının qəbul proqramına və dərsliklərə uyğun olduğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiqlənib.

Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə