2011-ci ilin təhsil hadisələri-İLİN YEKUNU

2011-ci ilin təhsil hadisələri-İLİN YEKUNU

Bu gün 20 illik mustəqillik tarixinə malik olan Azərbaycan mühüm irəliləyişlərə imza atıb. Təbii ki, hər bir ölkənin gələcəyi və bugünü onun intelektual potensialından asılıdır. Inkişaf etmiş ölkə olmaq üçün isə təkcə gözəl infrastruktura sahib olmaq kifayət deyil, bunun üçün cəmiyyətin intelektual potensialı yüksək olmalıdır. Bütün bunları əsas amil hesab edən və nəzərə alan Azərbaycan hökuməti 2011- ci il ərzində bütün sahələrdə olduğu kimi ölkənin elm və təhsil sahəsində mühüm işlər həyata keçirib.

Artıq bir çox hadisələri ilə yadda qalan 2011-ci il başa çatır. Bu il bütün sahələrdə olduğu kimi, insanı cəmiyyətin məhsuldar qüvvəsinə çevirən təhsil sahəsində də mühüm işlər görülüb və bir sıra yeniliklərə imza atılıb. Ilk öncə qısaca məlumat verək ki, bu gün respublikanın ümumtəsil məktəblərində 1 milyon 300 mindən çox gənclərin təlim-tərbiyə alır. Bu gün dövlət büdcəsinin maddələri arasında təhsil sahəsinə ayrılan vəsait həcminə görə ikinci yer tutur. Ən prioritet sahə hesab edilən təhsilə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir və bu sferaya ayrılan xərclər ildən-ilə əhəmiyyətli dərəcədə artırılır. Bütün bunlar isə möhtərəm Prezidentimizin səsləndirdiyi \"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik\" devizinin real həyatda təsdiqinə bariz nümunədir.

Son 5 il ərzində dövlət büdcəsinin xərcləri 2,6 dəfə, təhsilə ayrılan xərclər isə 2 dəfə artıb. 2011-ci ilə dövlət büdcəsinin ümumi xərcləri 15941,2 milyon manat, təhsil xərcləri 1399,8 milyon manat və ya dövlət büdcəsinin ümumi xərclərinin 10%-i, birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə tutulan xərclər isə 426,7 milyon manat və ya təhsil xərclərinin 30,5%-i həcmində olub. beləliklə, 2011-ci ildə dövlət büdcəsinin xərcləri 2010-cu ilin faktiki xərclərindən 4175,3 milyon manat və ya 35,5% çoxdur.

Son illərdə Azərbaycanda 2161 yeni məktəb binası tikilib istifadəyə verilib. Təkcə 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb istifadəyə verilib, 2011-2012-ci tədris ili ərəfəsində isə respublika üzrə 130 məktəb təmir edilib. Cari il bakıda 70-ə yaxın məktəb əsası təmir edilib, yeni korpuslar tikilib, bölgələrdə 60-a yaxın məktəb tikilərək istifadəyə verilib. Yaxın 2 il ərzində Bakı şəhərində ən yüksək tələblərə və standartalara cavab verəcək məktəblərin tikintisi və təmiri ilə əlaqərdar işlər başa çatacağı planlaşdırılır.

Cari ilin yekunlaırnı qiymətləndirən təhsil naziri Misir Mərdanov bu ilin mühüm hadisələrlə yadda qaldığını deyib. Onun fikrincə, bu da dövlət başçısının təhsilə verdiyi diqqət və qayğının nəticəsidir. Amma nazir bununla ynşı təhsildə bəzi problemlərin olduğunu da söyləyib. Azərbaycanda 1 milyn 300 min şagirdin təlim-tərbiyə aldığınl deyən nazir vurğulayıb ki, əslində bir müəllimə 12-14 şagird nisbətini reallaşdırmak niyyətindədirlər. əgər şagrdlərin sayı belə qalrasa, o zaman müəllimlərin sayını hələ azalmasına ehtiyac var.

2010-2011-ci dərs ilində respublikanın bütün rayonlarını əhatə edən (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında tam orta təhsil səviyyəsi üzrə təhsil alan 90833 şagirddən 87586-sı iştirak edib. Onlardan 71848-i yoxlama və buraxılış imtahanlarının yekun nəticələrinə görə attestat alıb. Amma təəssüflər olsun ki, imtahanlarda bütün ənlərdən 2 qiyməti alan 5 qiyməti alandan çox olub. Orta məktəblərdə məzunlara qızıl və gümüş medalların verilməsinin bərpası, beynəlxalq olimpiadalarda yüksək yer tutan şagirdlərin göstəricilərinin tələbə qəbulu imtahanlarında nəzərə alınması şagirdlərin əməyinin stimullaşdırılmasına xidmət edib. Müstəqil Azərbaycanın 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medallarla təltif olunub, 53 şagird qızıl və gümüş medallara layiq görülüb.

Cari il tələbə qəbulu sistemində ilk dəfə olaraq açıq tipli sualalrdan istifadə oldu. Ali məktəblərə tələbə qəbulunun nəticələri açıqlanıb. Bakalavr pilləsi üzrə 31 min 419 yer uğrunda 32 mindən çox abituriyent mübarizə aparıb.Qəbulun nəticələrinə əsasən, ali məktəblərin dövlət sifarişi əsasında ayrılan 10462 plan yerinə 9601 abituriyent qəbu olunub və plan 91,77% dolub.

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məleykə Abbaszadə bildirib ki, bildirib bir vaxtlar ali məktəblərə qəbul olanların 50%-i yalnız 200-300 bal arasında nəticə göstərənlər idi. Amma indi qəbul olunanların 51% yalnız 300-500 bal arasında nəticə göstərənlərdir. Onun fikincə, aparılan islahatlar o zaman uğurlu olur ki, onun nəticəsində gəlir götürmək olar. əgər ölkədə parılan islahatlara pul xərclənibsə, onun nəticələri də yüksək olmalıdır. Biz özümüzü işdə yox, cəbhədə hiss etməliyik. Qarabağ üzrə mübarzəni məktəbdə elan etməliyik. Bilikli əsgəri böyüsək, qarabağı da uda bilərik.

Yeni tədris ili bir sıra yenilikləri ilə də yadda qaldı. Dərs ilinin ən mühüm yeniliklərindən biri isə paytaxt məktəblərində vahid məktəbli geyiminin tətbiqi idi. Bu proses Bakının təhsil müəssisələrində oxuyacaq 340 min şagird əhatə edib. Yeni dərs ili çərçivəsində ən mühüm vəzifələrdən biri yeni müəllimlərin işə qəbulu məsələsi idi. Bu il müsabiqə yeni qaydalara əsasən 3 mərhələdə təşkil olunub. Ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün imtahanlarda 8658 nəfər iştirak edib. Nəticədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 1038 müəllim uğur qazanraq işlə təmin edilib.

Cari il sentyabrın 15-dən paytaxt məktəblərində bütün şagirdlər vahid məktəbli geyminə keçdilər. sentaybrın 15-i bilik günü isə bir sıra məktəblərin açılışı ilə yadda qaldı. Bu gün ən mühüm hadisə isə 6 saylı məktəbin açılışı və burada prezident İlham Əliyevin iştirak etməsi idi.

\"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı\" çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir. Həmin proqram çərçivəsində ayrılmış vəsait hesabına 800-ə yaxın istedadlı azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.10000-dən çox azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı isə 7000-i ötüb.

Bu ilin elm sahəsi üzrə ən mühüm hadisəsindən biri azərbacan milli elmlər akademiyası binasının əsaslı təmir və tikinti işlərindən sonra açılışı idi. Bu açılışda iştirak edən prezident İlham Əliyev Azərbaycanda elmin inkişafının vacibliyini qeyd edib.

Elm sahəsi üzrə digər mühüm bir hadisə isə 3 ildən sonra doktoranturaya qəbul imtahanlarının keçirilməsi idi. Bu ilin martın 7-də verdiyi qərarla 2011-ci il üçün AMEA-ya fəlsəfə doktoru proqramı üzrə 174 nəfər əyani, 29 nəfər qiyabi olmaqla, 215 yer ayrılıb. Bu yerlər üzrə 478 nəfər ərizə verib. Onlardan 317 nəfəri ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirən gənclər olub.

Bu ilin sonunda müəllimlərin aylıq əmək haqqının 10 faiz artırılması isə onlaraın xidmətlərinə göstərilən diqqət və qayğının bariz göstəricidir. Müəllimlər də bunu dövlət tərəfindın göstərilən qayğlnın bariz göstəricisi hesab edib.

Milli məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, 2011-ci ölkədəki inkiaşf təhsil və elm sferasında da adekvat olaraq öz nəticəsini göstərib. Onun sözlərinə görə, Azərbaycan təhsilinin ijnlişafına dair dövlət proaramları uğurla icra olunub. O qeyd edib ki, bu gün Azərbaycan təhsilində 16-dan çox dövlət proqramı uğurla icra olunur, ölkənin, xüsusilə ali təhsilin parametrləri yüksəlib, təhsil sistemi Avropa təhsil məkanına uğurla inteqrasiya olunur: "Demək olar ki, Boloniya sistemi başa çatdırılıb, təhsilin qanunvericilik sistemi günbəgün möhkəmləndirilir, təhsil haqında qanun öz gücüylə bütün fəaliyyətini göstərir. Təhsilə xüsusi dövlət qayğısı var. 2012-ci ilin dövlət büdcəsi təsdiq olunub və burada təhsilə və elmə ayrılan vəsait 1,5 milyarda qədərdir ki, bu da çox böyük bir rəqəmdir. Bu gün artıq təhsilə təhsil və elm üçün vəsiat çatışmazlığından danışmaq olmaz. Əksinə vəsait kifayət qədər ayrılır və bundan səmərəli, düzgün şəkildə istifadə etməkdir. Təhsil cəmiyyəti qarşısında prezidentin irəli sürdüyü məsələlərin həll olunmasına bütün təhsil işçiləri səylə çalışmalıdır".

Amma təbii ki, bütün sahələr kimi təhsildə də yeniliklər, uğurlar olduğu kimi problemlər, neqativ hallar da qeydə alınıb. Bu uğurlarla yanaşı deyə bilmərik ki, təhsilin bütün problemləri həll olunub. Təhsilin problemləri digər sahələrdə olduğu kimi az deyil.

Cari il Əmək Məcəlləsində edilən dəyişikliklər əsasında 65 yaşı tamam olmuş müəllimlərin işdən azad edilməsi prosesinə başlanıb. Bu il ərzində dəyişikliklərə əsasən 295 nəfər məktəb direktoru, 72 nəfər uşaq bağçası müdiri, 31 nəfər məktəbdənkənar təhsil müəssisəsi direktoru, 10106 nəfər müəllim işdən azad edilib.

Bundan əlavə, bu il 58970 müəllimin sənədləri ekspertizadan keçirilib. Aparılan araşdırmalar nəticəsində 455 müəllimin saxta diplomlarla işlədiyi məlum olub və onları hamısı işdən azad edilib. Meəllimlərin 260-ı lisenziyası olmayan müəssisələrin diplomu, 468-i leqallaşdırılmamış diplomla, 11i özəl təhsil müəssisələrinin arayışı, 54-ü isə müxtəlif kursların vəsiqələri ilə məktblərdə çalışıblar. Təhlil göstərmişdir ki, ötən dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071 nəfər, müəllimlərin sayı 10 min nəfərədək azalıb. Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə müsbət təsir edib, bu nisbət ötən dərs ilindəki 8,3-dən 8,5-ə artıb.

Lakin bu il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev \"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya\"nın hazırlanması haqqında\" sərəncam imzalayıb. Həmin sərəncama əsasən Milli Strategiya layihəsini hazırlamaq üçün Dövlət Komissiyası yaradılıb. İnanırıq ki, sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi milli təhsil sisteminin strategiyasının hazırlanması, milli mənəvi dəyərlərə və bəşəri ideyalara söykənən mükəmməl bir sistemin formalaşmasına və cəmiyyətin bütün təbəqələrini əhatə və qaneedəcək səviyyədə inkişafına imkan yaradacaq.

Hər halda, yeni 2012-ci ildə də təhsilin daha da inkişaf edəcəyi, yeniliklərə imza atacağı, bir çox uğurları ilə yadda qalacağı bir il olacağına inanırıq. Gələcək illər üçün təhsildə görüləsi və öz həllini gözləyən bir çox məsələlər var. Unutmayaq ki, təhsilli vətəndaşlar hər bir ölkənin milli sərvətinin mühüm hissəsidir. Təhsilə, təhsilli insanlara ciddi önəm verilən ölkələrdə bütün sahələr üzrə, o cümlədən iqtisadiyyatda davamlı inkişafa nail olunur. Təhsil insan həyatının keyfiyyətini yaxşılaşdırır, ona daha sağlam, məhsuldar, xoşbəxt həyat qurmağa imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə